Albaniya, Çexiya və Norveçlə VIII qrupda yer alan Ramin Quliyevin yetirmələri ilk oyununu sonunculara qarşı keçirəcək. "Roza Haciu" stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə 14:00-da start götürəcək.

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi üçün Avropa çempionatının seçmə mərhələsi start götürür. Matç.az saytının məlumatına görə, komandamız sabah qrupda ilk oyununa çıxacaq.

Albaniya, çexiya və Norveçlə VIII qrupda yer alan Ramin Quliyevin yetirmələri ilk oyununu sonunculara qarşı keçirəcək. "Roza Haciu" stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə 14:00-da start götürəcək.

Qeyd edək ki, qrupun digər matçında çexiya ilə Albaniya üz-üzə gələcək. Qrupun bütün görüşləri Albaniyada oynanılacaq.

 

U-17-lər arasında Avropa çempionatının seçmə mərhələsi

VIII qrup

I tur, 23 oktyabr

14:00. Azərbaycan – Norveç

Hakimlər: Admir Şehoviç, Sreten Udoviçiç (hər ikisi Bosniya və Herseqovina), Elis Pulay, Florian Lata (hər ikisi Albaniya)

Luşnya. "Roza Haciu" stadionu

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest