"İnter"in yeni baş məşqçisinin adına aydınlıq gəlib. Matc.az saytının "Tuttosport"a istinadən məlumatına görə, "neradzurra"nı gələn mövsümdən Antonio Konte çalışdıracaq.

49 yaşlı mütəxəssislə danışıqlar artıq yekunlaşıb və tərəflər arasında ilkin müqavilə imzalanıb. Konte yeni komandası ilə 3 illik müqavilə imzalayacaq. Hətta ilk transferdə də razılıq əldə olunub. Rəhbərlik "Mançester Yunayted"in hücumçusu Romelu Lukakunun transferini vəd edib.

Qeyd edək ki, Antonio Kontenin son klubu "çelsi" olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest