16 yaşadək qızlardan ibarət Azərbaycan yığması Minsk şəhərində təşkil olunmuş UEFA İnkişaf turnirində son oyununu keçirib. Matc.az saytı xəbər verir ki, komandamız Qazaxıstanla üz-üzə gəlib.
Oyunun əsas vaxtında qapılara qol vurulmayıb. Penaltilər seriyasında daha dəqiq olan yığmamız 4:2 hesabı ilə qələbə qazanıb.
Bununla da yığmamız turnirdə ikinci yeri tutub.