"Real"ın baş məşqçisi Zinəddin Zidan əzəli rəqibləri "Barselona"nın çempionlar Liqasının yarımfinal mərhələsində "Liverpul"a məğlub olmasına münasibət bildirib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, fransalı mütəxəssis bu amilin onlara hər hansı bir təsirinin olmadığını vurğulayıb.

Zizu "Barsa"dakı həmkarı Ernesto Valverde haqda da fikir bildirib: "Barselona"nın çempionlar Liqasında uduzub mübarizəni dayandırması "Real" üçün mövsümün yaxşılaşması anlamına gəlmir. Bizim üçün heç bir dəyişiklik yoxdu. Valverdenin ünvanına edilən tənqidlərə gəlincə, bunun haqlı olub-olmadığını bilmirəm. Onun bu günə qədər etdikləri fövqəladədi. Başqalarını tənqid etmirəm. Lakin onun gördüyü işləri şübhə altına salmaq olmaz".

Qeyd edək ki, bu mövsüm "Real" Klublararası Dünya çempionatının qalibi olubsa, "Barselona" İspaniya Superkubokunu və La Liqanı qazanıb. Kataloniya klubu eyni zamanda İspaniya Kral Kubokunda final oyununa çıxacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest