Topaz Premyer Liqasında 2018-2019 mövsümünə yekun vurulub. Matc.az saytının məlumatına görə, son turun son oyunundan sonra mükafatlandırma mərasimi keçirilib.

Tədbir XXVIII turun "Neftçi" – "Qarabağ" görüşü yekunlaşdıqdan sonra "Bakcell Arena"da təşkil olunub.

Əvvəlcə mövsümü üçüncü pillədə başa vurmuş "Səbail"ə bürünc, ardınca isə ikinci pillənin sahibi "Neftçi"yə gümüş medallar təqdim edilib.

Sonda səhnəyə "Qarabağ" dəvət olunub. Ağdam klubu qızıl medallarını aldıqdan sonra kapitan Rəşad Sadıqov çempionluq kubokunu başı üzərinə qaldırıb.

Qeyd edək ki, mükafatları AFFA prezidenti Rövnəq Abdullayev, baş katib Elxan Məmmədov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev təqdim edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest