İspaniya La Liqasının X turunda "El Klasiko" baş tutacaq. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Barselona" ilə "Real" arasında keçiriləcək görüşün baş hakimi müəyyənləşib.

Oktyabrın 28-də "Nou Kamp"da baş tutacaq qarşılaşmanı Xose Mariya Sançes idarə edəcək. Oyunun VAR hakimi isə Alexandro Ernandes Ernandes olacaq.

Qeyd edək ki, bu, Xose Mariya Sançesin cari mövsüm La Liqada 5-ci matçı olacaq. Bu mövsüm ilk dəfə "Real"ın oyununda fit çalacaq 35 yaşlı referi "Barselona"nın "Alaves"i 3:0 hesabı ilə məğlub etdiyi görüşü idarə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest