"Müqaviləm davam edir, özümü burda yaxşı hiss edirəm. Məqsədim yaxşı istirahət edib, sonra da yeni mövsümə hazırlaşmaqdı"

"Qarabağ"ın yarımmüdafiəçisi Filip Ozobiç "Neftçi" ilə mövsümün son oyunundan sonra matc.az saytının əməkdaşının da suallarını cavablandırıb.

- İlk çempionluğunuzu qazandınız, necə hiss edirsiniz?

- Şadam ki, çempion olduq. Maraqlı mövsüm keçirdik, hər şey əla idi.

- Xüsusilə də mövsümün ikinci yarısında "Qarabağ" çox yaxşı çıxış etdi və 8 oyunda ardıcıl qələbə qazandı. Necə düşünürsünüz, bunun əsas səbəbi nə idi?

- Yaxşı hazırlaşdıq, yaxşı oynadıq. öz çıxışlarımız haqqında düşünürdük və rəqibin oyunu ilə maraqlanmırdıq. Yekunda istəyimizə çatdıq.

- "Qarabağ"la daha bir il müqaviləniz var. Sizi yeni mövsümdə də burda görəcəyik?

- Müqaviləm davam edir, özümü burda yaxşı hiss edirəm. Məqsədim yaxşı istirahət edib, sonra da yeni mövsümə hazırlaşmaqdır.

- çempionlar Liqasından nə gözləyirsiniz?

- Onu gələcək göstərəcək. Bütün komanda olaraq dincəlib, ardınca təlim-məşq toplanışında gələcək oyunlara hazırlaşacağıq.

- Nə vaxt hiss etdiniz ki, "Qarabağ" çempion olacaq?

- "Neftçi" – "Sumqayıt" oyunundan sonra artıq hər şey bizim xeyrimizə inkişaf etməyə başladı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest