Təbii ki, Abasov bacarıqlı məşqçidi, özünü müəyyən mənada sübut edib. Lakin ondan klubda ciddi narazıdılar. Futbolçular, inzibati heyət onlarla bəzən təhqiredici tonda danışan bu məşqçini bəyənmir. Rəhbərlik də Samir bəyi davranışı üzündən xoşlamır.

Samir Abasovun "Zirə"də qalacağını deməsi təsadüfi deyil. Həqiqətən də klub rəhbərliyi fikrini dəyişib. Və bu, bir gecədə baş verib.

Dünən "Sabah"la mövsümün son oyunu bitən kimi mətbuat konfransında danışan Abasov klub rəhbərliyi ilə görüşdüyünü və qalacağını açıqladı. Halbuki bir gün əvvəl onun özünə yolların ayrılacağı deyilmişdi.

Əldə etdiyimiz məlumata görə, klubun fəxri prezidenti Orxan Məmmədovun qəfil qərar dəyişməsinin səbəbi aldığı zəngdi. AFFA-nın vitse-prezidenti Elşad Nəsirov işə qarışıb və "bir sıra səbəblərdən" özünə doğma bildiyi məşqçiyə hami durub. Məmmədov isə yuxarıdan gələn tapşırığa boyun əyib.

Təbii ki, Abasov bacarıqlı məşqçidi, özünü müəyyən mənada sübut edib. Lakin ondan klubda ciddi narazıdılar. Futbolçular, inzibati heyət onlarla bəzən təhqiredici tonda danışan bu məşqçini bəyənmir. Rəhbərlik də Samir bəyi davranışı üzündən xoşlamır.

Bu qərarın "Zirə"nin növbəti mövsümü də əlindən aldığını deyə bilərik. İbdiki durumla klubda sabitlik olacağını deyə bilmərik və gec-tez yenidən münasibətlər gərginləşəcək, Abasov istefaya göndəriləcək. O zaman isə hər şeyə sıfırdan başlamaq lazım gələcək və daha bir mövsüm itiriləcək. Futbolinfo.az

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest