PSJ-nin hücumçusu Neymarın "Barselona"ya keçəcəyi ilə bağlı yayılan söz-söhbətlərə son qoyulub. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, Kataloniya klubunun prezidenti Xosep Mariya Bartomeu bu keçidin real olmadığını söyləyib.

Klub prezidenti braziliyalını qaytarmağı planlaşdırmadıqlarını bildirib: "Neymar "Barselona"nı tərk etdi və onun dönüşü gözlənilmir. Neymarı qaytarmaq planımız yoxdu. ümumiyyətlə, qış fasiləsində transfer etməyəcəyik. çünki kifayət qədər oyunçumuz var".

Qeyd edək ki, Neymar "Barselona"dan PSJ-yə 222 milyon avroya keçib və bununla dünyanın ən bahalı transferinə çevrilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest