İtaliya A seriyasının XXXVI turunda "Empoli"ni qəbul edən "Sampdoriya" meydanı məğlub (1:2) tərk edib. Matc.az saytının məlumatına görə, bu qarşılaşmada ev sahiblərinin yeganə qolunun müəllifi olan Fabio Kvalyarella bombardirlər yarışında liderliyini möhkəmlədib.

90+2-ci dəqiqədə təsəlli topuna imza atan 36 yaşlı forvard bu mövsüm A seriyasında 9-cu dəfə onbirmetrlik zərbədən fərqlənib. Bununla o, Zlatan İbrahimoviçə məxsus rekorda bir addım da yaxınlaşıb. Belə ki, bir mövsümdə penaltidən ən çox qol vurma rekordu 10 topla məhz Zlatana (2011-12 mövsümü) məxsusdu. İtaliya millisinin üzvü son 2 turda penaltidən daha bir qol vursa, isveçlinin rekorduna şərik olacaq.

Qeyd edək ki, Fabio Kvalyarellanın cari mövsüm A seriyasında aktivində 26 qol var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest