Azərbaycan Premyer Liqasının sonuncu XXVIII turu qonaqların üstünlüyü ilə keçib. Matc.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, 4 oyundan yalnız birində qələbə qazanan meydan sahibləri üç görüşdə uduzublar.

Bu da mövsümün ümumi statistikasını səfərdə oynayan komandaların lehinə dəyişib. Belə ki, çempionatın 112 qarşılaşmasında ev sahibləri 43, qonaqlar 44 dəfə qalib gəlib, 25 matçda heç-heçə qeydə alınıb.

Bu, 1992-ci ildən keçirilən Azərbaycan çempionatları tarixində ilk belə haldı ki, meydan sahiblərinin məğlubiyyəti qələbəsindən çox olur. Əvvəlki 26 mövsümün hamısında üstünlük ev komandalarında olub. Əksər hallarda isə bu üstünlük nəzərə çarpacaq dərəcədə böyük olub.

Cari mövsümün nəticələrinə baxsaq, "Qarabağ", "Neftçi", "Səbail", "Sabah" və "Keşlə" səfərdə evdəkindən çox xal qazanıb. üç komanda – "Qəbələ", "Zirə" və "Sumqayıt" isə öz meydanında daha uğurlu çıxış edib. ümumilikdə isə "Qarabağ" həm ev, həm səfərdə 1-ci, "Neftçi" hər iki göstəricidə 2-ci olub.

Evdə

1.

Qarabağ

14

9

4

1

30 - 11

+19

31

2.

Neftçi

14

8

3

3

30 - 15

+15

27

3.

Qəbələ

14

6

5

3

18 - 14

+4

23

4.

Səbail

14

5

4

5

14 - 16

–2

19

5.

Sumqayıt

14

5

1

8

11 - 23

–12

16

6.

Zirə

14

4

4

6

13 - 21

–8

16

7.

Sabah

14

3

3

8

12 - 25

–13

12

8.

Keşlə

14

3

1

10

12 - 20

–8

10

Səfərdə

1.

Qarabağ

14

11

2

1

35 - 10

+25

35

2.

Neftçi

14

9

4

1

22 - 11

+11

31

3.

Səbail

14

7

1

6

20 - 21

–1

22

4.

Zirə

14

4

3

7

17 - 19

–2

15

5.

Sabah

14

4

3

7

  8 - 16

–8

15

6.

Qəbələ

14

3

4

7

13 - 19

–6

13

7.

Sumqayıt

14

3

4

7

13 - 19

–6

13

8.

Keşlə

14

3

4

7

17 - 25

–8

13

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest