"Barselona" baş məşqçisi Ernesto Valverde ilə bağlı qərarını açıqlayıb. Matç.az saytı xəbər verir ki, bu barədə klub prezidenti Xosep Bartomeu məlumat verib.

O bildirib ki, Valverde ilə 2020-ci ilə qədər yeni müqavilə imzalanıb: "Valverdenin yeni anlaşması gələn mövsümün sonuna qədərdi. O və ya klub təzminat ödəməklə müqaviləni ləğv edə bilər. Ancaq Ernesto işini əla görür. İlk mövsümü yaxşı keçirdi. Sadəcə, "Roma"ya məğlubiyyət mənfi təsir göstərdi. O, ağıllı məşqçidi, oyunumuzun quruluşu və modeli ilə əlaqədar dəqiq mövqe tutur".

Qeyd edək ki, Ernesto Valverde "Barselona"nın "sükanı arxası"na ötən il keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest