İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı pleymeykeri müəyyənləşib. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, "çelsi"nin yarımmüdafiəçisi Eden Azar bu ada layiq görülüb.

O, geridə qalan mövsüm ərzində 15 məhsuldar ötürmə ilə hamını qabaqlayıb. Bu da 28 yaşlı ulduz futbolçunun ən yaxşı seçilməsinə səbəb olub.

Qeyd edək ki, Eden Azar 2018-19 mövsümündə keçirdiyi 37 matçda 16 qol, 15 assistlə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest