Məşhur karikaturaçı Omar Momani Avropa Liqasının final görüşünün Bakıya verilməsi ilə bağlı narazılığını ifadə edən "Liverpul"un baş məşqçisi Yugen Kloppa karikatura həsr edib. Matc.az saytının məlumatına görə, iordaniyalı Kloppun "final oyununu Bakıya verənlər səhər nə yeyirlər?" kimi ironiyalı açıqlamasına "çelsi" və "Arsenal" üzvlərini süfrə arxasına "yığaraq" cavab verib.

O, karikaturada bu fikirlərə yer verib: "Bizə qoşul, cənab Klopp. Azərbaycanda səhər yeməyi insanları bir araya gətirir və hər kəsi xoşbəxt edir. Bunu etmək lazımdı".

Qeyd edək ki, Avropa Liqasının final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda "Arsenal"la "çelsi" arasında keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest