"Səbail"də daha bir futbolçunun taleyinə aydınlıq gəlib. Matc.az xəbər verir ki, paytaxt klubu kapitan Rahid Əmirquliyevlə bağlı qərarını açıqlayıb.

Yarımmüdafiəçi komandası ilə yeni 1 illik müqavilə imzalayıb. ötən ilin yayında "Qarabağ"dan transfer edilən milli komandamızın üzvü növbəti mövsümü də bakılıların heyətində keçirəcək.

Qeyd edək ki, gələn mövsüm Avropa Liqasında mübarizə aparacaq "Səbail" 4 futbolçusu - Enrike Perilyo, İmanol İriberi, Tamazi Tsetsxaladze və Ruslan Qurbanovla yollarını ayırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest