21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Sloveniyada təlim-məşq toplanışı olacaq. Matc.az xəbər verir ki, mayın 18-dən 28-dək olacaq hazırlıq prosesi zamanı yığmamız 2 yoxlama oyunu keçirəcək.

Mayın 21-də Xorvatiyanın "Sloven Belupo-2" komandası ilə qarşılaşacaq U-21 ayın 27-də Lyublyana "Olimpiya"sının əvəzediciləri ilə görüşəcək. Toplanışa 23 oyunçu dəvət olunub.

U-21-in heyəti: Nihad Tamazov, Nicat Süleymanov, Hacıağa Hacılı, İsmayıl İbrahimli, Elvin Cəfərquliyev, Musa Qurbanlı (hamısı "Qarabağ"), Murad Popov, Amin Seydiyev, Rövlan Muradov (hamısı "Qəbələ"), Elçin Mustafayev, Zahid Mərdanov, Şakir Seyidov, Emil Qasımov (hamısı "Sabah"), Kamran İbrahimov, Rəhman Daşdəmirov (hər ikisi "Neftçi"), Şahin Zəkiyev, Murad Qayalı (hər ikisi "Keşlə"), Ricat Qarayev, Süleyman Əhmədov (hər ikisi "Sumqayıt"), Turan Manafov ("Zaqatala"), Abbas Ağazadə (MOİK), Rafael Məhərrəmli ("Zirə"), Ziya Əzizov ("Neymegen", Hollandiya).

Qeyd edək ki, Murad Popov, Amin Seydiyev, Rövlan Muradov, Süleyman Əhmədov toplanışa mayın 20-də qoşulacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest