UEFA-nın Maliyyə Feyr-Pleyi üzrə Təhqiqat Palatası "Mançester Siti"ni avrokuboklardan kənarlaşdıra bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, buna səbəb "şəhərlilər"in maliyyə feyr-pleyini pozmasıdı.

Palata rəhbərliyi bu üzdən Premyer Liqa çempionunu 1 il müddətinə diskvalifikasiya etməyi planlaşdırır. İngiltərə təmsilçisi 2014-cü ildə maliyyə feyr-pleyini pozmaqda və sponsorluq müqavilələrinin həcmi barədə yanlış məlumatlar verməkdə günahlandırılır. Həmin vaxt klub 49 milyon funt-sterlinq (63 milyon dollar) məbləğində cərimələnmişdi. Ancaq "şəhərlilər" bütün ittihamları rədd edib.

Qeyd edək ki, "Mançester Siti" yenicə başa çatan 2018-2019 mövsümündə İngiltərə çempionu olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest