02 Yanvar 2025, 14:50
FUTBOL
"Baku Sportinq" Şahin Balicani ilə yollarını ayırıb.
Matc.az xəbər verir ki, iranlı hücumçu komandanın heyətinə yayda daxil olmuşdu.
Balicaninin "Baku Sportinq"lə mövsümün sonuna qədər müqaviləsi qüvvədə idi. Amma tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verib.
Əslən Azərbaycandan olan, Ərdəbildə dünyaya gəlmiş Balicaninin karyerasına ölkəmizdə davam edəcəyi gözlənilir. Ona Premyer Liqa və I Liqa klublarından təkliflər var.