Sultanovun verilişdə "Neftçi" niyə çempion olmalıdı" sualı azarkeşlərin qəzəbinə tuş gəlib. Onların ən böyük sosial platforması olan "Neftçi Baku Fan Page" feysbuk səhifəsi klub rəsmisinin bu fikrini paylaşaraq, azarkeşlərin fikirlərini öyrənib.

Mövsümün böyük hissəsində turnir cədvəlinə liderlik etməsinə baxmayaraq, yekunda çempionluğu qazana bilməyən "Neftçi" azarkeşlərinin hiddəti davam edir. Matc.az saytının məlumatına görə, komandanın ikinci yeri tutması fanatları tərəfindən uğursuz nəticə kimi qiymətləndirilir.

ötən gün "Xəzər TV"də yayımlanan "Futbol saat"ı verilişində qonaq olan komandanın idman direktoru Ceyhun Sultanovun verdiyi bəzi açıqlamalar isə onları daha özündən çıxarıb.

Sultanovun verilişdə "Neftçi" niyə çempion olmalıdı" sualı azarkeşlərin qəzəbinə tuş gəlib. Onların ən böyük sosial platforması olan "Neftçi Baku Fan Page" feysbuk səhifəsi klub rəsmisinin bu fikrini paylaşaraq, azarkeşlərin fikirlərini öyrənib.

Elxan Xəlilov adlı fanat bu fikrə belə münasibət bildirib: "Ceyhun Sultanovun "Futbol saatı" verilişindəki çıxışı  biabırçılıq idi. Belə düşüncə tərzli insanlarla "Neftçi" çempion ola bilməz. "Neftçi" ona görə çempion olmalı idi ki, "Neftçi"di, ay Ceka!"

Zeynalabdin Kərimov isə düşüncələrini daha geniş ifadə edib: "çünki "Neftçi"di, çünki 5 xal irəlidə idi, çünki "Sumqayıt"la oyuna qədər hər şey öz əlində idi, çünki siz buna görə "Neftçi"dəsiniz (nə dərəcədə düzgündürsə artıq), çünki transferlər çempion olmaq üçün edilib, çünki 5 min maaşa işləyən məşqçinin yerinə hardasa, 10 qat artıq maaş alan məşqçi gətirilib. Tərlan Əhmədov o heyətlə sondan gəlib 3-cü olursa və bu heyət, bu qədər yenilənmədən sonra 5 xallıq fərq qorunmursa, onda niyə "Neftçi"dəsiniz, niyə bu transferlər olunub, niyə bu islahatlara getmisiniz, niyə İtaliyadan məşqçi gətirmisiniz?!"

Əzim Qasımov da problemə maraqlı yanaşma tərzi sərgiləyib: "çempion olmaq üçün 3 əsas amil var:

1. Maddiyat; 2. Düzgün transferlər; 3. Məşqşi işi (sağlam kollektiv, düzgün taktika, rəqibləri düzgün analiz və s.)

Bunlar üçü də "Qarabağ"da bizdən yüksək idi və onlar da çempion oldu. İndi duraq burda o günahkardı, bu günahkardı, o getməlidi, bu getməlidi deməklə düzələn deyil. Problemin kökünə baxmaq lazımdı".

Ramin İlyas isə rəhbərliyin ambisiya azlığından şikayətlənib: "Dünən bu (Ceyhun Sultanov- red.) elə danışdı ki, elə bil istədikləri məhz ikinci yer imiş, normal qəbul elədilər bütün rəhbərlikdə oturanlar. Guya azarkeşlərə görə üzülüblər. Dünən aparıcı yıxdı sürüdü bunu, amma tutarlı cavablar verə bilmədi. Deməyindən belə çıxır, bunlar 100 mindən yuxarı oyunçu almayacaqlar. Ona görə ciddi uğur gözləməyə dəyməz. Aparıcı buna sual verdi ki, siz "Sumqayıt"da 8 ildə nə iş gördünüz ki, "Neftçi" kimi tarixi klubun başına gətirdilər? Bu adamda söz tapa bilmədi. çempionat başlamamış rəhbərlik və futbolçular söz verdilər ki, çempion olmaq üçün hər şey edəcəklər. Video da çəkib qoymuşdular klubun saytına, ailələri də onlara uğurlar arzuladılar. Amma bu, dünən çəkinmədən deyir ki, biz qarşımıza çempionluq məqsədi qoymamışdıq. Deyir, ikincilik bizim üçün uğurdu. Əgər elə idisə bunu Tərlan da, Aftandil də, Samir də bacarardı. Daha neynirdiz o qədər pul verib İtaliyadan məşqçi gətirirdiz?"

Rəvan Həsənovun mövqeyi də diqqət çəkir: "Yəqin ki, oxuyur yazdığımı. Oxu, Ceyhun, get. Vallah sənlik deyil artıq böyük klubda işləmək".

ömər Bayramov isə əsəbini bu sözlərlə ifadə edib: "özümü söyməmək üçün güclə saxlayıram. Mən "bunlar getməlidi" deyəndə, mənə qarşı çıxanlar var, niyə bunların tərəfini tutursuz? Niyə axı, niyə? Səbəb nədi? Bunlardan çempionluq gözləyirsiz? Ay bunların qalmağını istəyən azarkeşlər, sizdən soruşuram niyə? Adam dili ilə deyir, çempion olmaq istəmirik. Əsəbdən öləcəm…"

Elnur Əhmədov son oyundan sonra "Neftçi" rəhbərliyinin istefaya gedəcəyini düşündüyünü bildirib: "Bunlara ciblərini doldurmaq üçün pul lazımdı. "Neftçi"nin çempion olması və ya olmaması onların vecinə deyil. Mən fikirləşirdim ki, axırıncı oyundan sonra bunlar özlərində güc tapıb, üzüsulu çıxıb gedəcəklər. çünki olunan transferlər bərbad, baş məşqçi bərbad. çox təəssüf ki, "Neftçi" kimi komanda futbolu sevən insanların əlində deyil".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest