Bu gün Sportnet.az internet nəşrinin fəaliyyətə başlamasından 5 il ötür. Matc.az xəbər verir ki, sayt 2014-cü il mayın 15-də İdman Araşdırmalar Mərkəzinin (İAM) layihəsi kimi fəaliyyətə başlayıb.

ötən müddətdə Sportnet.az bütün növlər üzrə ölkədaxili və beynəlxalq yarışları işıqlandırıb, Azərbaycan idmanının təbliği istiqamətində müxtəlif layihələr həyata keçirib. İnternet nəşrdə mühüm olaylar barədə xəbərlər, reportajlar hazırlanır, müxtəlif mövzularda müsahibələr, araşdırmalar, təhlillər yer alır.

Hazırda Sportnet.az xəbərlərinin operativliyi baxımından idman saytları arasında öncül mövqelərdə qərarlaşıb. 2016-cı ildə sayt Azərbaycan İdman Jurnalistləri Assosiasiyası tərəfindən ilin idman saytı seçilib, əməkdaşları müxtəlif mükafatlara, o cümlədən, Gənclər və İdman Nazirliyi tərəfindən "İlin idman jurnalisti" adına layiq görülüb.

Sportnet.az-ın yubileyi ərəfəsində İAM daha bir layihəsini həyata keçirərək, avtomobil həvəskarları üçün Autocity.az saytını istifadəyə verib.

İlk yubiley münasibətilə Sportnet.az-la əməkdaşlıq edən və indiyədək saytın uğurları üçün çalışmış bütün həmkarlarımızı və sadiq oxucuları təbrik edirik.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest