Daha bir italiyalı futbolçu Azərbaycan çempionatında çıxış etmək şansı qazanıb. Matc.az saytının məlumatına görə, yarımmüdafiəçi Dieqo Fabbrini karyerasını ölkəmizdə davam etdirə bilər.

Mövsümü Rumıniyanın “Botoşani” klubunda başa vuran oyunçu “Neftçi” və “Qarabağ” seleksionerlərinin maraq dairəsinə düşüb.

Daha əvvəl heyətinə Canluka Sansoneni cəlb edən “Neftçi”nin baş məşqçisi Roberto Bordin növbəti həmyerlisini sərəncamında görməkdə israrlıdır, ancaq mənbə iddia edir ki, son çempion da Fabbrini üçün iddialı olacaq.

Qeyd edək ki, karyerasına “Empoli”də başlayan 28 yaşlı yarımmüdafiəçi vətənində “Udineze”, “Siena” və “Palermo”, ondan kənarda isə “Uotford”, “Birmingem”, “Middlsbro”, “Milluoll”, “Ovyedo” kimi klublarda çıxış edib.

Son klubu “Botoşani”də mövsümü 22 oyunla başa vuran xavbek 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest