"Lion"un hücumçusu Rayan çerki karyerasını "Real"ın akademiyasında davam etdirə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "kral klubu" 16 yaşlı futbolçunun keçidində maraqlıdı.

Madridlilər bu transferə görə qarşı tərəfə 12 milyon avro ödəməyə hazırdı. Yeganə problem yeniyetmə oyunçu ilə "Milan" və "çelsi"nin də maraqlanmasıdı. Avqustun 17-də 16 yaşı tamam olacaq çerki həmin gündən sonra FİFA qaydalarına uyğun Avropa Birliyi ölkələrindən birinə keçmək hüququna malik olacaq.

Qeyd edək ki, Rayan çerki Fransanın U-16 yığmasının üzvüdü.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest