"Atletiko" dünən hücumçusu Antuan Qrizmannla yollarını ayıracağını bəyan edib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, fransalı forvard karyerasını "Barselona"da davam etdirəcək.

Lakin Kataloniya klubu keçidi rəsmən açıqlamaq üçün iyul ayını gözləməli olacaq. Çünki hazırda sərbəst qalma məbləği 200 milyon avro olan ulduz futbolçunun qiyməti iyulun 1-də 120 milyona düşəcək. "Barsa" da onu məhz 120 milyon avroya alacaq. Bu transferdən gəlir əldə edəcək digər komanda isə "Real Sosyedad" olacaq. Belə ki, məbləğin 20 faizi (24 milyon avro) San Sebastyan klubunun büdcəsinə köçürüləcək.

Qeyd edək ki, Antuan Qrizmann "Atletiko"ya 2014-cü ildə məhz "Real Sosyedad"dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest