Türkiyə klubu "Ankaragücü" cəzalandırıla bilər. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, buna səbəb paytaxt təmsilçisinin keçmiş futbolçusuna olan borcunu ödəməməsidi.

Belə ki, 2011-ci ildə "Ankaragücü"də oynamış Mixael Klukovski 160 min avroluq borcun ödənilməməsi üzündən FIFA-ya müraciət etmişdi. Ali futbol qurumu Superliqa təmsilçisinə pulun ödənilməsi üçün mayın 3-nə qədər vaxt versə da, buna məhəl qoyulmayıb.

Futbolçu özü isə vəkilinin bu məsələ ilə maraqlandığını və yaxın günlərdə FIFA-nın "Ankaragücü"yə 6 xal silinmə cəzası verməsinin gündəmdə olduğunu söyləyib. Belə olarsa, hazırda 14-cü sırada qərarlaşan komandanın xal ehtiyatı 31-ə, mövqeyi isə 17-ci pilləyə düşəcək. Bu da ankaralıların böyük ehtimalla Superliqanı tərk etməsi anlamına gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest