İngiltərə "Arsenal"ında çıxış edən yarımmüdafiəçi Premyer Liqada 30-cu qoluna imza atıb.

Almaniya millisinin türk əsilli sabiq futbolçusu Məsut özil rekord vurub. Matç.az saytının məlumatına görə, İngiltərə "Arsenal"ında çıxış edən yarımmüdafiəçi Premyer Liqada 30-cu qoluna imza atıb.

Yubileyə "Lester"lə ev oyununda (3:1) nail olan özil İngiltərə çempionatında ən çox qol vuran almaniyalı ünvanına şərik çıxıb. O, Premyer Liqada 30 qol vuran Yurgen Klinsmannın rekordunu təkrarlayıb.

Məsutun mütləq rekorda imza atması üçün növbəti turlarda 1 dəfə fərqlənməsi kifayət edəcək.

Qeyd edək ki, Premyer Liqanın ən məhsuldar almaniyalıları siyahısında Uve Rosler (29) 3-cü, Robert Hut (21) 4-cü, Lukas Podolski (19) 5-cidi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest