"Mançester Yunayted"lə yollarını ayıran Ander Erreranın yeni komandası müəyyənləşib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, İspaniya millisinin üzvü karyerasını Fransada davam etdirəcək.

çünki 30 yaşlı orta sahə oyunçusu PSJ ilə anlaşıb. Azad agent statusu daşıyan Errera yeni komandası ilə hərtərəfli razılıq əldə edib. Anlaşmaya əsasən, onun parislilərdə həftəlik məvacibi 350 min avro təşkil edəcək.

Qeyd edək ki, Ander Errera 2014-cü ildən "Mançester Yunayted"də çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest