Çempionlar yolunda mübarizə aparan Emin İmaməliyevin yetirmələri I mərhələnin cavab matçına çıxacaq. "Qırmızı-qaralar" Moldovada "Şerif"in qonağı olacaq.

Bu gün UEFA Gənclər Liqasında növbəti oyunlara start veriləcək. Matç.az saytı xəbər verir ki, U-19-lar arasında Azərbaycan çempionu "Qəbələ" öz oyununu sabah keçirəcək.

çempionlar yolunda mübarizə aparan Emin İmaməliyevin yetirmələri I mərhələnin cavab matçına çıxacaq. "Qırmızı-qaralar" Moldovada "Şerif"in qonağı olacaq.

üç həftə öncə Qəbələ şəhər stadionunda 1:1 hesablı heç-heçəyə imza atan "qırmızı-qaralar" Azərbaycan futbolu tarixində ilk müəllifi olmaq üçün mübarizə aparacaq. Belə ki, indiyədək heç bir komandamız bu turnirdə mərhələ adlamayıb.

Tiraspoldakı "Şerif" stadionunun kiçik arenasında uğur qazanmaq üçün təmsilçimiz qələbə qazanmalı və ya məhsuldar heç-heçəyə imza atmalıdı. "Qəbələ" görüşü 1:1 hesabı ilə başa vurub, əlavə vaxt və ya penaltilərlə də tur adlaya bilər.

İki il öncə gerçəkləşən ilk cəhdindən Rusiya "Dinamo"sunu (0:2, 0:5) keçə bilməyən "qırmızı-qaralar" ikinci dəfə qatıldığı turnirdə uğura iddialıdı. Komanda bunu bacarsa "Herta" – "Lex" cütünün qalibi ilə qarşılaşacaq. Bu klubların ilk oyununda almaniyalılar 2:0 hesablı ev qələbəsi qazanıb.

Qeyd edək ki, indiyədək ölkəmizi çempionlar yolunda "Rəvan"la (2015/16) "Qəbələ" (2016/17), çempionlar Liqası yolunda "Qarabağ" (2017/18) təmsil etsə də, heç biri mərhələ keçə bilməyib.

UEFA Gənclər Liqası

çempionlar yolu

I mərhələ, cavab oyunu

16:00. "Şerif" (Moldova) - "Qəbələ" (Azərbaycan)

Hakimlər: Timofeos Kristofi, Giorgos Savva, Andreas Mixailidis (hamısı Kipr), İon Orlik (Moldova)

Tiraspol. "Şerif" stadionunun kiçik arenası

İlk oyun – 1:1

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest