Rəhman Hacıyev də "ağ-qaralar"ın sırasını tərk edir. Əldə etdiyimiz məlumata görə, yarımmüdafiəçi yeni mövsümdən paytaxtın başqa klubunda çıxış edəcək. Onun xidmətində "Keşlə" maraqlıdır.

çempionluğu əldən verən "Neftçi"də "yarpaq tökümü" davam edir. Matc.az saytı xəbər verir ki, Rəhman Hacıyev də "ağ-qaralar"ın sırasını tərk edir.

Əldə etdiyimiz məlumata görə, yarımmüdafiəçi yeni mövsümdən paytaxtın başqa klubunda çıxış edəcək. Onun xidmətində "Keşlə" maraqlıdır.

Qeyd edək ki, karyerası ərzində "Bakı", "Sumqayıt" kimi klubların şərəfini qorumuş 25 yaşlı oyunçu Türkiyədə "Qaziantep BŞB" klubunda da çıxış edib. O, 2015-ci ildən "Neftçi"nin formasını geyinir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest