"Keşlə" 13 futbolçusu ilə yollarını ayırıb. Davud Kərimi, Kamran Ağayev, Seymur Əsədov, Ruslan Nəsirli, Fuad Bayramov, Amil Yunanov, Edvinas Girdvainis, Denis Silva Kruz, Nikola Mitroviç, Conatan Ayite, Andre Klennon, Valeri Kutsenko və Anxelo Pena paytaxt klubundan yola salınıb.

"Keşlə" 13 futbolçusu ilə yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə məlumatı klub rəsmi saytı vasitəsilə yayıb.

Bildirilir ki, yola salınan oyunçulardan 6-sı yerli, 7-si əcnəbidi. Belə ki, Davud Kərimi, Kamran Ağayev, Seymur Əsədov, Ruslan Nəsirli, Fuad Bayramov, Amil Yunanov, Edvinas Girdvainis, Denis Silva Kruz, Nikola Mitroviç, Conatan Ayite, Andre Klennon, Valeri Kutsenko və Anxelo Pena paytaxt klubundan yola salınıb.

Qeyd edək ki, "Keşlə" dünən Slavik Alxasovla yeni müqavilə imzalamışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest