"Bavariya" Bundesliqanın son turuna ciddi itki ilə çıxacaq. Matc.az saytınn məlumatına görə, bunu baş məşqçi Niko Kovaç deyib.

O bildirib ki, kapitan Manuel Noyer XXXIV tura hazır olmayacaq. Xorvatiyalı mütəxəssis qapıçının "Ayntraxt"la son tur oyununda meydana çıxmayacağını söyləyib: "Noyerin durumunda irəliləyiş var. O, hazırda bərpa mərhələsindədi, lakin bu həftəsonu oynamayacaq".

Qeyd edək ki, Manuel Noyer XXIX turda "Fortuna" ilə (4:1) görüşdə zədələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest