Futbol üzrə Azərbaycan I Divizionunda VIII turun oyun cədvəli müəyyənləşib. Matç.az saytı xəbər verir ki, oktyabrın 25-də başlayacaq tura ayın 29-da yekun vurulacaq.

Buna səbəb "Sabah-2" – "Zirə-2" matçı təxirə salınmasıdı. Görüş  ayın 26-da deyil, 29-da baş tutacaq. "Sabah-2" komandasının oyunçuları  Kamran Məmmədov, Elçin Mustafayev, Şakir Seyidov və Emil Qasımov U-19, Nemət Musayev isə U-17  milli komandasının düşərgəsində olduğu üçün  klubun müraciəti, "Zirə"nin razılığı ilə gerçəkləşib.

ümumilikdə isə turun bütün görüşləri saat 15:00-da başlayacaq. 

I divizion

VIII tur

25 oktyabr (cümə axşamı)

15:00. "Zaqatala" – "Sumqayıt-2"
Zaqatala şəhər stadionu 

15:00. "Qaradağ Lökbatan" – "Şüvəlan"
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

15:00. "Kəpəz" – "Turan Tovuz"
Gəncə şəhər stadionu

15:00. "Neftçi-2" – "Səbail-2"
"ASK Arena"

26 oktyabr (cümə)

15:00. "Keşlə-2" – "Qarabağ-2"
"Ask Arena"

15:00. MOİK – "Ağsu"
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

29 oktyabr (bazar ertəsi)

15:00. "Sabah-2" – "Zirə-2"
Binə qəsəbə stadionu

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest