06 Fevral 2025, 15:36
FUTBOL
“Qarabağ”da daha bir futbolçunun taleyinə aydınlıq gəlib. Matc.az saytı xəbər verir ki, Juninyo Olavio və Julio Romao ilə yollarını ayıran Ağdam klubu digər braziliyalı oyunçusu Mateus Silva ilə bağlı fərqli qərar qəbul edib.
Belə ki, klub sağ cinah müdafiəçisi ilə əməkdaşlığın davamında maraqlıdı. Hətta tərəflər arasında bu barədə danışıq da olub. İlkin razılığa əsasən, 27 yaşlı futbolçu daha 2 il “Qarabağ”ın formasını geyinəcək. O, cari mövsümün sonuna qədər olan müqavilə müddətini 2027-ci ilin yayınadək uzadacaq.
Qeyd edək ki, Mateus Silva “Qarabağ”a 2023-cü ilin yayında Bolqarıstanın “Lokomotiv” klubundan keçib.