UEFA-da Çempionlar Liqasının pley-off oyunlarında əlavə vaxtın ləğvi ilə bağlı müzakirələr gedir.

Matc.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Bildirilir ki, 2027-ci ilə qədər davam edəcək televiziya yayım hüquqları səbəbi ilə dəyişikliklərin təsdiqlənməsi çətin olsa da, birbaşa penaltilər seriyasına keçilməsi məsələsi ciddi şəkildə nəzərdən keçirilir.

Əlavə vaxt uzun müddətdir ki, Avropa futbolunun maraqlı tərəfləri arasında mübahisə mövzusuna çevrilib. Əlavə vaxtın aradan qaldırılmasının sıx oyun təqvimindəki gərginliyi azaldacağı iddia edilir.

Qeyd edək ki, ötən mövsüm Çempionlar Liqasının 1/8 final mərhələsindən başlayaraq cəmi 3 matçda əlavə vaxt olub. 2022/23 mövsümündə isə heç bir oyunda əlavə vaxta ehtiyac qalmayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest