La Liqa klublarının əksəriyyəti hakimləri hədsiz tənqid etdiyi üçün "Real"a sanksiya tətbiq edilməsi üçün çağırış edib.

Matc.az xəbər verir ki, bu barədə "Relevo" məlumat yayıb.

Klublar bu barədə tələbi İspaniya Kral Futbol Federasiyasının (RFEF) La Liqanın prezidenti Xavyer Tebasın da iştirak etdiyi iclasda bəyan ediblər.

Bildirilir ki, İspaniya La Liqasının adı açıqlanmayan klubları Madrid təmsilçisinin hakimliyə qarşı bu cür tənqidlərini "təzyiq aktı" hesab edirlər. Lakin RFEF-in sözügedən iclasında "Real" nümayəndələri iştirak etməyiblər.

Xatırladaq ki, daha əvvəl "Kral klubu" son İspaniya çempionatının "Espanyol"la oyununda (0:1) hakimliklə bağlı RFEF-ə rəsmi şikayət təqdim etmişdi. Sənəddə "Real" ölkədə hakimlik sisteminin tamamilə yenilənməsinin vacibliyini qeyd edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest