"Beşiktaş" "İndependiente"dən ekvadorlu vinger Keny Arroyonun transferini reallaşdırıb.

Matc.az xəbər verir ki, bu barədə Türkiyə klubunun rəsmi saytı məlumat yayıb.

18 yaşlı futbolçu ilə bağlanan müqavilənin şərtləri açıqlanmayıb.

Qeyd edək ki, gənc futbolçu "İndependiente"nin yetirməsidir. Arroy Ekvador klubunda 48 oyun keçirib, 6 qol vurub və 8 məhsuldar ötürmə edib. "Transfermarkt" portalında futbolçunun dəyəri 4 milyon avro qiymətləndirilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest