07 Fevral 2025, 00:25
FUTBOL
Portuqaliyalı hücumçu Kriştianu Ronaldonun 40 illik yubileyi münasibətilə Manhettenin (Nyu-York) mərkəzindəki Tayms meydanında heykəli ucaldılıb.
Matc.az xəbər verir ki, yük maşınına quraşdırılmış bu heykəlin hündürlüyü 3,6 m-dir. Heykəl qırmızı və yaşıl rənglərə boyadılıb, müəllifi isə Serxio Furnaridir.
Qeyd edək ki, Ronaldo bu günə kimi karyerasında 923 qol vurub. O, klub səviyyəsində 788 dəfə, Portuqaliya millisinin heyətində isə 135 dəfə fərqlənib. 40 yaşlı Ronaldo beş dəfə "Qızıl top"u və beş dəfə Çempionlar Liqasını qazanıb. 2016-cı ildə Ronaldo Avropa çempionu olub.