AFFA U-17 Liqasının XXVI turunda keçirilən “Vətən” - “Neftçi” oyununda baş verən hadisə ilə bağlı AFFA münasibət bildirib. Matc.az xəbər verir ki, qurumun mətbuat xidməti bununla bağlı açıqlama yayıb.

Açıqlamanı təqdim edirik: “AFFA U-17 Liqasında keçirilən “Vətən” – “Neftçi” oyununda təəssüf ki, xoşagəlməz hadisələr baş verib. AFFA olaraq baş verən hadisəni pisləyirik. Hazırda araşdırma aparılır və AFFA İntizam Komitəsinin növbəti iclasında bununla bağlı qərar veriləcək”.

Qeyd edək ki, ötən gün AFFA U-17 liqasının 26-cı turu çərçivəsində keçirilən “Vətən” - “Neftçi” oyununda xoşagəlməz hadisələr yaşanıb. Klubların texniki heyəti arasında yaranan mübahisə zamanı “Vətən” rəsmisi “Neftçi”nin baş məşqçisi Asif Ələsgərova başla zərbə endirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest