Bu, 1/4 finalın “Sumqayıt”la ilk matçına təsadüf edib.

“Sabah” tarixində ilk dəfə Azərbaycan Kubokunun ev oyununda heç-heçəyə imza atıb. Matc.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının saytında məlumat yayılıb.

Bu, 1/4 finalın “Sumqayıt”la ilk matçına təsadüf edib. Görüş qolsuz bərabərliklə nəticələnib.

Bu, həm də “Sabah”ın tarixinə evdəki 10-cu kubok görüşü kimi düşüb. Əvvəlki 9 oyunda heç-heçə qeydə alınmamışdı. Hesabında 3 qələbə olan paytaxt təmsilçisi 6 dəfə uduzub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest