07 Fevral 2025, 12:09
FUTBOL
“Arsenal” yayda heyətini gücləndirməyi planlaşdırır. Matc.az xəbər verir ki, London klubu hücum xəttinə yeni oyunçu cəlb etmək niyyətindədi.
“Topçular” “Nyukasl”da çıxış edən Aleksandr İsakı transfer etməyi düşünürlər. “Sağsağanlar” bu keçidə qarşı deyillər. Sadəcə, bunun üçün “Arsenal” rəhbərliyi 130 milyon avrodan çox pul xərcləməlidi.
Qeyd edək ki, isveçli forvard Premyer Liqanın cari mövsümündə 22 oyunda 17 qola imza atıb.