"Ferensvaroş"un idman direktoru Tamaş Haynal açıqlama verib. Matc.az xəbər verir ki, o, Macarıstan mətbuatına açıqlamasında Kadi Borgesin “Qarabağ”a keçidi və əvəzində Azərbaycan çempionundan Julio Romaonu transfer etmələri haqda danışıb.
O, bu sövdələşmənin tərəflər üçün faydalı olduğunu bildirib. Qeyd edib ki, Romaonun transferi “Ferentsvaroş” üçün prioritet olub: “Romaonun transferi üçün yarım il "Qarabağ"la danışıqlar apardıq. Bizdən 5 milyon avro tələb edirdilər. Bu isə bizim üçün böyük məbləğ idi. Buna baxmayaraq, həmişə Romaonun oyununu izləyirdik”.
Haynal vurğulayıb ki, ötən şənbə günü iki klub arasında aparılan danışıqlar zamanı futbolçuların dəyişdirilməsi variantı gündəmə gəlib: "Dərhal Kadi ilə əlaqə saxladım. Bundan sonra "Qarabağ"la Kadi arasında danışıqların başlamasına razılıq verdik. Cəmi iki saatdan sonra “Qarabağ”ın Kadi ilə razılığa gəldiyi haqda bizə məlumat verildi. Kadi “Ferentsvaroş”dan məcburi göndərildiyin iddia edir. Ancaq bunu deyən futbolçu heç bir halda 2 saat ərzində klubunu dəyişməklə bağlı razılıq verməzdi. Əsas odu ki, futbolçuların dəyişdirilməsi hər iki tərəf üçün faydalı oldu".