Bir müddət əvvəl Kilan Lebonla yollarını ayıran “Neftçi” yaranan boşluğu doldurmaq üçün hərəkətə gəlib. Matc.az xəbər verir ki, Bakı klubu sol vinger mövqeyinə yeni əcnəbi gətirməyə hazırlaşır.

Bir müddət əvvəl Kilan Lebonla yollarını ayıran “Neftçi” yaranan boşluğu doldurmaq üçün hərəkətə gəlib. Matc.az xəbər verir ki, Bakı klubu sol vinger mövqeyinə yeni əcnəbi gətirməyə hazırlaşır.

Belə ki, “a-qaralar” Haiti millisinin futbolçusu Jan Jayro ilə müqavilə imzalamaq üzrədi. Qazaxıstanın “Aktobe” klubundan yenicə ayrılan 26 yaşlı oyunçu əslində ötən ay Küveytin “Əl Qadsia” klubu ilə müqavilə imzalamışdı. Lakin sənəd məsələlərində problem yarandığı üçün sözləşməyə qarşılıqlı razılıqla xitam verilib.

Hazırda azad agent statusu daşıyan Jan Jayronun yaxın günlərdə Bakıya gələrək, münasibətləri rəsmiləşdirməsi gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest