“Bu müqavilə "Neftçi"nin strateji inkişafı üçün önəmlidir”. Matc.az xəbər verir ki, bunu “Neftçi”nin İdarə Heyətinin üzvü Emin Əmrullayev “Palms Sports” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzaladıqları tədbirdə deyib.

O, paytaxt təmsilçisinin dayanıqlı inkişafı üçün işlərin görülməli olduğunu bildirib: “Neftçi” Azərbaycan futbolunun simasıdı. Hazırkı durum azarkeşlərin xoşuna gəlmir. “Neftçi”yə yalnız birinci yer yaraşır. Biz müvəqqəti yox, uzunmüddətli nəticənin arxası ilə düşəcəyik. Asan proses deyil. Amma bütün bunlar klubun maliyyə dayanıqlılığından asılıdı. İnanıram ki, böyük qələbələri birlikdə qeyd edəcəyik”.

Qeyd edək ki, “Neftçi” ilə “International Holding Company”yə (IHC) məxsus olan “Palms Sports” arasında bu gün 5 illik sponsorluq müqaviləsi imzalanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest