“Uzun səyahətin başlanğıcındayıq. Burada olmaq mənim üçün şərəfdir. “Neftçi” sadəcə futbol klubu deyil, Azərbaycanın irsinin rəmzidi”. Matc.az xəbər verir ki, bunu “Neftçi” ilə əməkdaşlıq müqaviləsi imzalayan “Palms Sports”un baş icraçı direktoru Fouad Darviş mətbuat konfransında deyib.

O, “ağ-qaralar”la əməkdaşlıq etdikləri üçün fəxr hissi duyduğunu bildirib: “Bu sözləşmə uzunmüddətli iddianın rəmzidi. Biz bu tərəfdaşlığa adi sponsorluq kimi baxmırıq. İnkişafa yol açmaq istəyirik. Klubun inkişafına və infrastrukturun təkmilləşməsinə imkan yaradacağıq. “Neftçi”nin bir əsrə yaxın tarixi var və çox böyük hörmətə layiqdi”.

Qeyd edək ki, “Neftçi” ilə “International Holding Company”yə (IHC) məxsus olan “Palms Sports” arasında bu gün 5 illik sponsorluq müqaviləsi imzalanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest