07 Fevral 2025, 14:43
FUTBOL
“Neftçi" üçün önəmli gündü. Bu sözləşmənin klub üçün uğurlu olacağına inanırıq”. Matc.az xəbər verir ki, bunu “Neftçi”nin baş icraçı direktoru Cenk Sümer “Palms Sports” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzaladıqları tədbirdə deyib.
Funksioner sponsorluq müqaviləsi ilə maliyyə dayanıqlığının daha da yaxşılaşacağını bildirib: “Bu müqaviləni imzaladığımız üçün qürur duyuruq. Hər iki tərəf üçün xeyirli olsun. “Neftçi” Futbol Mərkəzindəki işləri tez bir zamanda yekunlaşdırmaq istəyirik. Bütün futbolçularımızın yaxşı şəraitdə çalışması üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, “Neftçi” ilə “International Holding Company”yə (IHC) məxsus olan “Palms Sports” arasında bu gün 5 illik sponsorluq müqaviləsi imzalanıb.