Futzal üzrə Yüksək Liqanın final və 3-cü yer uğrunda oyunları keçirilib. Matc.az saytının məlumatına görə, bununla mükafatçılar müəyyənləşib.

Əvvəlcə meydana bürünc medal uğrunda mübarizə aparan EKOL və "Neftçi" komandaları çıxıb. Bakı İdman Sarayında baş tutan qarşılaşmada qələbə qazanan EKOL çempionatın 3-cüsü olub.

Daha sonra isə ölkə çempionunu müəyyənləşdirən oyun baş tutub. "Araz"la "Xəzər Cənub" "qızıl" uğrunda üz-üzə gəlib. İlk hissəsi qolsuz bərabərliklə tamamlanan matçın ikinci yarısında tərəflər hərəyə 1 dəfə fərqlənib. Yalnız qarşılaşmaya əlavə edilmiş dəqiqələrdə üstünlüyü ələ alan "Araz" ardıcıl 4-cü, ümumilikdə 14-cü çempionluğunu qazanıb.

 

Yüksək Liqa

17 may

Final

"Araz" – "Xəzər Cənub" - 4:1

Qollar: Mohammadtaha Neyməti, 25:14; İsa Atayev, 48:36; Rizvan Fərzəliyev, 48:46; Nihad İsmayılov, 49:47 - Amir Şocayi, 25:22

Hakimlər: Azər Əsgərov, Rahin Heybətov, Fuad Həsənov

 

3-cü yer uğrunda oyun

EKOL – "Neftçi" İK - 4:2

Qollar: Namiq Məmmədkərimov, 0:44, 09:50; Fərid Atakişiyev, 13:26, 15:08 - Salar Şahnazi, 04:34; Tural İsmayılov, 13:42

Hakimlər: Mehman Mahmudov, Anar Fərəcov, Ramil Namazov

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest