"Real"da baş məşqçi Zinəddin Zidanla klub rəhbərliyi arasında növbəti dəfə fikir ayrılığı yaranıb. Matc.az saytının "Marca"ya istinadən məlumatına görə, tərəflər ikinci qapıçı məsələsində anlaşa bilmirlər.

"Kral klubu"nun rəsmiləri hazırda icarə əsasında "Leqanes"də çıxış edən Andrey Lunini əsas qapıçı Tibo Kurtuaya layiqli əvəzləyici qismində görür. Lakin Zidan bu rolu oğlu Luka Zidana tapşırmaq niyyətindədi. Bu anlaşılmazlıq tərəflər arasında gərginliyə yol açıb.

Qeyd edək ki, "Real" hazırda ikinci qapıçısı olan Keylor Navası mövsümün sonunda satacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest