Bu səbəbdən daha təcrübəli Bayramovun "Səbail"lə anlaşacağı gözləniləndi. Klubun mətbuat xidmətinin rəhbəri Töhrə Əhmədova əməkdaşımızla söhbətində Bayramovun "Səbail"ə təklif edildiyini təsdiqləyib.

"Zirə" ilə yollarını ayıran futbolçulardan birinin yeni komandası bəlli olub. Matc.az saytının məlumatına görə, qapıçı Kamal Bayramov böyük ehtimalla növbəti mövsümü "Səbail"də keçirəcək.

ölkəmizi avrokublarda təmsil edəcək paytaxt təmsilçisinin 3 qapıçısından biri - Fərhad Vəliyevin karyerasını başa vurub. "Dənizçilər" ukraynalı qolkiper Aleksandr Rıbka ilə anlaşmanın müddətini artırıb. Ehtiyat qapıçı Elxan Əhmədovun durumu isə rəhbərliyi qane etmir.

Bu səbəbdən daha təcrübəli Bayramovun "Səbail"lə anlaşacağı gözləniləndi. Klubun mətbuat xidmətinin rəhbəri Töhrə Əhmədova əməkdaşımızla söhbətində Bayramovun "Səbail"ə təklif edildiyini təsdiqləyib.

Qeyd edək ki, Kamal Bayramov 2015-ci ilin yayından bəri "Zirə"nin formasını geyinib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest