13 Fevral 2025, 15:49
FUTBOL
“Napoli”nin futbolçusu David Neres zədə səbəbindən bir aydan çox yaşıl meydanlardan uzaq qalacaq.
Msport.az xəbər verir ki, braziliyalı cinah oyunçusu İtaliya A Seriyasının ötən bazar günü “Udineze” ilə keçirilən oyununda (1:1) zədələnib.
Tibbi müayinədən keçən Neresə sol budunda əzələ zədəsi diaqnozu qoyulub. Onun təxminən 40 gün komandadan uzaq qalacağı açıqlanıb. “Sambaçı”nın “Latsio”, “Komo”, “İnter” və “Fiorentina” ilə matçları buraxması gözlənilir.
Qeyd edək ki, David Neres “Napoli”yə mövsümün əvvəlində “Benfika”dan keçib.