Fransa millisinin futbolçusu Kastello Lukeba Top-klubların maraq dairəsinə düşüb.

Msport.az xəbər verir ki, konkret olaraq 4 Avropa nəhəngi “Leypsiq”in mərkəz müdafiəçisi uğrunda mübarizə aparır.

22 yaşlı oyunçu və onun meneceri mövsümün sonunda yeni kluba keçmək barədə düşünür. Artıq “Real”, “Liverpul”, “Çelsi” və “Mançester Yunayted” gənc futbolçu üçün onun meneceri ilə əlaqə saxlayıblar.

Ötən ili oktyabrında “Leypsiq”lə müqavilə müddətini 2029-cu ilə qədər uzadan müdafiəçinin transfer qiyməti 90 milyon avroya bərabərdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest