“Mançester Yunayted” 30 ilə yaxındır klubda işləyən əməkdaşı ilə yollarını ayırıb.
Msport.az xəbər verir ki, ingilislər komanda rəhbəri Ceki Kayı istefaya göndərib.
“Mançester Yunayted” azarkeşlərindən ibarət ailədə böyüyən Kay 1995-ci ildən bəri bu klubda çalışıb. O, daha əvvəl sabiq CEO David Gillin köməkçisi vəzifəsində çalışıb, ardından 10 ildən çox əsas komandanın logistikasına cavabdeh olub.
Kay futbolçular, eləcə də məşqçilər arasında son dərəcə populyar bir fiqur olub. Klub işçiləri qadının çıxarılmasından şoka düşüb. Rəhbərlik bu qərarın səbəbini izah etməkdən imtina edib. Bildirilir ki, pula qənaət etmək üçün 100-dən çox işçi ixtisara düşəcək.
Rəhbərlik bu ixtisarların sayəsində klubun təxminən 45 milyon funt-sterlinq qənaət edəcəyinə inanır.